Masazırda iki Pakistan vətəndaşı bıçaqlandı

Masazırda iki Pakistan vətəndaşı bıçaqlandı

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: