Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin su quyusuna düşərək
orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət
Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə
Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal çağırış ünvanına
cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, 1971-ci il təvəllüdlü Abdullayev Şahin Mürsəl oğlu
dərinliyi təqribən 15 metr olan su quyusuna düşərək köməksiz
vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi xilasetmə
vasitələri ilə Ş.Abdullayevi quyudan çıxararaq xilas ediblər.