Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.