Bəzi media qurumlarında guya Masallı rayonunun Hacıtəpə kənd sakini, 1953-cü il təvəllüdlü Sona Əzizovanın qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılıb.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qurumun Mətbuat Xidməti ilə hər hansı dəqiqləşdirmə aparılmadan dərc edilmiş həmin informasiya təkzib olunur:
“Belə ki, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaq orada vəfat edib. Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiq edib. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma davam etdirilir”.