Masallıda “pati” satan şəxs yaxalanıb

Xəbər - Samir Əli – Trend:

Masallıda metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini R.Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən hazır bükümlərdə psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır


Twitter: @GuleliyevSamir

Teqlər: