Masallıda maşın kollektora aşdı: ölənlər var – Foto

Masallıda maşın kollektora aşdı: ölənlər var – Foto

Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ”Reno” markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər – Lənkəran rayon sakinləri – 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: