Masallıda dönərxanada yanğın olub

Masallı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb. Dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: