Masallıda dağda köməksiz qalan şəxs xilas olundu

Masallıda dağda köməksiz qalan şəxs xilas olundu

Masallıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin mürəkkəb relyefli ərazidə keçirdiyi xilasetmə əməliyyatı nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Teqlər: