Masallıda 7 il əvvəl əmisi qızını qətlə yetirən şəxs tutulub

Masallıda 7 il əvvəl itkin düşən qızın qətlə yetirildiyi məlum
olub.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə
Cəfərovanın itkin düşməsi barədə daxil olmuş məlumatla əlaqədar
2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (insan
alveri) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il
iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət
yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa
təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə
başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam
öldürmə) maddəsinə tövsif edilib.

Teqlər: