Masallıda 13 yaşayış məntəqəsində qaz olmayacaq

Masallıda 13 yaşayış məntəqəsində qaz olmayacaq

Bu gün qaz xəttinin zədələnməsi nəticəsində Masallı rayonunun 13 yaşayış məntəqəsinin (14 min abonent) qaz təchizatında fasilə yaranıb.

Bu barədə AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, “Masallı 1 və 2” ölçü qovşağından qidalanan Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən orta təzyiqli yeraltı qaz xəttinin (internet kabeli çəkən təşkilat tərəfindən) zədələnməsi ilə bağlı bu gün saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.

Teqlər: