Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarında ənənəvi xidmət bərpa edilib

COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında
müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad
Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi
fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.

TƏBİB-dən AzerTimes-a verilən xəbərə görə,Hər iki tibb
müəssisələrində Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsi
yaradılıb, triaj sistemi qurulub və digər şöbələr xəstə qəbuluna
tam hazır vəziyyətə gətirilib.

TƏBİB-in Koordinasiya şöbəsinin koordinatoru Orxan Bağızadə və
mütəxəssisi Şirin Səmədova görülmüş işlərlə yerində yaxından tanış
olub, müvafiq tövsiyələr veriblər.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində
TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul
tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının
artması və azalmasına uyğun olaraq tənzimlənir.

Teqlər: