Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib (FOTO/VİDEO)

Müsabiqə zamanı istismarda olan hər növdə avtomobil
texnikalarına gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı
yoxlanılıb.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, müsabiqəyə müxtəlif markalı və təyinatlı
minik avtomobilləri, mikroavtobus və avtobuslarla yanaşı, səhra
şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin
edilmiş arxa təminatı avtomobil texnika və qurğuları, səyyar
soyuducular, səyyar tipli çörək zavodları, su çənləri və səhra
mətbəxləri də cəlb edilib.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin
sonunda keçici nişanla mükafatlandırılıb.

Teqlər: