Marukyanı buna görə işdən çıxartdım – Paşinyan

Marukyanı buna görə işdən çıxartdım – Paşinyan

Marukyanın istefasına səbəb onun işindən narazılığım olub. Bəli, Edmon Marukyan onun işindən narazı olduğum üçün işini tərk etdi. Onun bu haqda məlumatı var.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan istefasına səbəb kimi “fundamental xarici siyasi məsələlərə baxışların fərqliliyi” olduğunu bəyan edib. Erməni mediası isə iddia edirdi ki, Marukyan Azərbaycanla bağlı məsələlərdə “barışmaz mövqeyinə” görə istefaya göndərilib.

Teqlər: