Martın 5-6-da buraxılış imtahanları keçiriləcək

Xəbər - Humay Ağacanova – Trend:

Martın 5-də Bakı şəhərinin Qaradağ, Xəzər, Yasamal, Nərimanov
rayonlarında, həmçinin Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax,
Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar
rayonlarında, martın 6-da isə Bakı şəhərinin Nizami, Suraxanı,
Binəqədi rayonlarında, həmçinin Sumqayıt, Gəncə (Nizami), Ağstafa,
Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad,
Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı rayonlarında Dövlət İmtahan
Mərkəzi(DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanı keçiriləcək.

DİM
Trend
-ə verilən məlumata görə, martın 5-də tədrisi gürcü, 6-da
isə ingilis və fransız dilində olan məktəblərin şagirdləri də
imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər
https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56

linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini,
təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış
vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini
buradan
öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan
iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər.
Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird
tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim
edilməlidir.


Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader
proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən
qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli
olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi
tərəfindən verilməli olan
arayışı DİM-in saytından
yükləyə bilərlər.

Qeyd edilib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə
uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün
rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri
təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə
uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin
liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə
imtahan verirlər.

Teqlər: