Martın 12-13-də buraxılış imtahanı keçiriləcək

Xəbər - Humay Ağacanova – Trend:

Martın 12-də Bakı şəhərinin Sabunçu, Səbail, Nəsimi
rayonlarında, həmçinin Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl,
Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər,
Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz rayonlarında, martın 13-də isə
Bakı şəhərinin Xətai, Abşeron, Pirallahı rayonlarında, xüsusi
məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində
yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb), həmçinin
Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi,
Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul rayonlarında
Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM
Trend
-ə verilən məlumata görə, buraxılış imtahanında iştirak
edəcək şagirdlər
https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56

linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini,
təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış
vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini
buradan
öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan
iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər.
Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird
tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim
edilməlidir.


Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader”
proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən
qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli
olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi
tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə
bilərlər.

Teqlər: