Mart ayında bəzi məhsulların qiyməti artıb

2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi
2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2 faiz, o cümlədən
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0 faiz,
qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş
ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin mart
ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz,
əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib.

İstehlak qiymətləri indeksi, faizlə

2022-ci ilin mart ayı

2022-ci ilin yanvar-mart ayları

əvvəlki aya nisbətən

əvvəlki ilin müvafiq

ayına nisbətən

əvvəlki ilin müvafiq

dövrünə nisbətən

Сəmi məhsullar və xidmətlər

101,1

112,1

112,2

ərzaq məhsulları, içkilər və tütün

məmulatları

101,5

116,8

117,0

qida məhsulları

101,6

117,4

117,5

spirtli içkilər

100,7

105,8

105,2

tütün məmulatları

100,0

106,4

109,8

qeyri-ərzaq məhsulları

100,8

106,6

106,2

ödənişli xidmətlər

100,8

110,0

110,1

2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün
məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən
101,5 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiz təşkil
edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq
məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün,
unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün,
pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının,
naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və
şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola
içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın,
bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.

2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin
mart ayına nisbətən 106,6 faiz təşkil edib. Cari ilin mart ayında
əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox
bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin,
məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların
və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər
qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.

2022-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz,
əvvəlki ilin mart ayına nisbətən 110,0 faiz təşkil etmişdir. Cari
ilin mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş
ödənişli xidmətlərdən daha çox bahalaşma hava nəqliyyatı ilə
beynəlxalq və dəmir yolu nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma,
ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin
qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin
qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Teqlər: