Dünyada elektrik avtomobillərin satışı iki dəfə artıb

2021-ci ildə dünyada 4,6 milyon elektromobil satılıb ki, bu da
2020-ci illə müqayisədə təxminən iki dəfə çoxdur.

Trend-in
məlumatına görə, bu barədə Yaponiyanın “Nikkei” nəşri yazır.

Qeyd olunur ki, elektrik avtomobillərin satışı ən çox Avropa
ölkələri və Çinin payına düşür.

Təkcə Çində ötən il 2,9 milyondan çox elektromobil satılıb. Bu,
2020-ci illə müqayisədə 2,6 dəfə çoxdur.

Eyni zamanda, 2021-ci ildə dünyada hibrid avtomobillərin satışı
35 faiz artaraq 3,1 milyona çatıb.