“Marsel“lə oyunda “Qarabağ”a fan-sektor ayrılacaq, oyun günü də bilet satılacaq – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Sabah Fransaya səfərə yola düşürük. Bizdə olan məlumata görə,
Fransada “Marsel”-“Qarabağ” oyununa maraq böyükdür.

Bunu Trend
açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri
Gündüz Abbaszadə deyib.

Klub rəsmisi bildirib ki, fan sektorun ayrılması ilə bağlı
“Marsel“ klubu ilə razılığa gəlinib:

“Qarabağ“ klubunu dəstəkləmək istəyən azarkeşlərimiz üçün orada
bilet satışı təşkil ediləcək. Bu barədə saytımız və sosial media
üzərindən geniş məlumat verəcəyik. Biletlərin qiyməti 20 avro
olacaq. Oyun günü də bilet satışı olacaq. Bizə olan müraciətləri
nəzərə alsaq, 300-ə yaxın Qarabağ azarkeşi stadionda olacaq.
Azarkeş sayı daha çox olsa belə, bilet baxımından heç bir problem
olmayacaq. Stadiona giriş üçün əsas şərt odur ki, Fransanın tələb
etdiyi vaksin sertifikatı olsun”.


G.Abbaszadə bildirib ki, mümkün erməni təxribatı məsələsi ilə
bağlı UEFA-ya və Marsel klubuna müraciət ediblər. UEFA
təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.

Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü
fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə
keçirəcək.

Teqlər: