Azərbaycanda dezinformasiya ilə mübarizə və kommunikasiya mərkəzi yaradılacaq

Azərbaycanda ekspertlər, araşdırmaçı jurnalist və media
sahəsində analitiklərdən ibarət dezinformasiya ilə mübarizə və
kommunikasiya mərkəzinin yaradılması təklif olunub.

Trend xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə
Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.


Qurum rəhbəri deyib ki, bu gün Vətən müharibəsindən
məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi
korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları
tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da
intensivləşib: “Qarabağ uğrunda mübarizə artıq kiberməkanda kütləvi
və siyasi beyinləri ələ almaq mübarizəsinə çevrilib. Halbuki,
informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir.
İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də
suverenliyimizin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, Avropa
İttifaqı 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun
və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir”.

Teqlər: