“Marsel”-“Qarabağ” matçında ermənilər daha bir təxribat törədiblər (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

UEFA Konfrans Liqası çərçivəsində keçirilən “Marsel”-“Qarabağ”
matçında ermənilər daha bir təxribat törədiblər.

Trend xəbər verir ki,
stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın
gedişində təxribat xarakterli plakat açılıb. Bu plakat stadionun
təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra yığışdırılıb.

Bundan əvvəl isə stadionda olan həmin qrup azarkeşlər tərəfindən
Ermənistan bayraqları açılıb və müxtəlif şüarlar səsləndirilib.

Qeyd edək ki, dünən “Qarabağ” UEFA Konfrans Liqasının pley-off
mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa “Marsel”inin qonağı olub. “Velodrom” stadionunda oynanılan
qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa
çatıb.

Twitter:@FaridZohrabov

Teqlər: