Mariupolda muzeylər talanır

Mariupolda muzeylər talanır

Mariupolda muzeylər bombalanaraq talanır. Ruslar bütün qiymətli eksponatları artıq şəhərdən çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası Teleqramda məlumat yayıb.

“Diyarşünaslıq və incəsənət muzeyləri şəhərin və bölgənin mədəni irsi olan kolleksiyalardan məhrum olub. Muzeylər isə dağıdılıb. Rus barbarlar Kuinci və Ayvazovskinin orijinal rəsmlərini, nadir ikonaları və tarixi eksponatları oğurlayıblar. Bu addımları atanlar mütləq cəzalandırılacaq. Biz hər şeyi Ukraynanın Mariupoluna qaytaracağıq!” – ​​məlumatda bildirilir.

Teqlər: