Mariupolda minlərlə insana işgəncə verilir

Mariupolda minlərlə insana işgəncə verilir

İşğalçılar Mariupolun 10 mindən çox sakinini filtrasiya mərkəzlərində saxlayır. Bunlar işğalçılar tərəfindən həbs edilən və işgəncələrə məruz qalan dövlət qulluqçuları, bələdiyyə işçiləridir.

AzerTimes xəbər verir ki, bu barədə iyulun 19-da keçirdiyi brifinqdə Mariupol şəhərinin meri Vadim Boyçenko danışıb.

“Bizdə məlumat var ki, dövlət qulluqçularından biri işgəncələrə dözməyib və həbsxanada ölüb. Ruslar Mariupol sakinlərinə təzyiq göstərirlər ki, onlarla əməkdaşlıq etsinlər, lakin şəhər əhalisi razılaşmır. Sentyabrda işğalçıların Rusiya pasportlarını paylayacaqları və yerli sakinləri cəbhəyə göndərəcəkləri gözlənilir”, – mer bildirib.

Teqlər: