Ukraynanın Donetsk vilayətinin işğal altındakı Mariupol şəhərində hava həyəcanı siqnalı zamanı partlayışlar olub.
AzerTimes xəbər verir ki, bu barədə Mariupolun qanuni şəhər başçısının müşaviri Petro Andryuşenko teleqramda yazıb.
O, azı 7 güclü partlayış səsinin qeydə alındığını bildirib.