Mariupolda ərzaq növbəsində ürəkgetmələr…

Mariupolda ərzaq növbəsində ürəkgetmələr…

Rusların müvəqqəti işğal etdiyi Mariupolda qida və su çatışmazlığı kəskin səviyyədədir. İnsanlar ərzaq üçün uzun növbələrdə dayanır.

AzerTimes xəbər verir ki, bunu Mariupol merinin müşaviri Petr Andryuşenko deyib.

“Ruslar tərəfindən verilən humanitar yardım zəbt olunmuş şəhərdə qida əldə etməyin yeganə yoludur. Gündəlik humanitar yardım (əslində ərzaq üçün) növbəsi 1,5-2 min nəfərə çatır. Günəşin altındakı istidə insanlar 6 saat növbəyə dayanır. İçməli su yoxdur”, – o bildirib.

Onun sözlərinə görə, son günlər huşunu itirmə səbəbindən hər saatda 10-a qədər insan xəstəxanaya çatdırılır:

“Rusiyanın humanitar yardımı zorakılıq və təhqirdir – onların şəhərdə etdikləri hər şey kimi”.

Teqlər: