Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə partiyanın sözçüsü Hürşad Zorlu məlumat verib.
O qeyd edib ki, Meral Akşənər ürək ritminin pozulması (aritmiya) diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Həkimlər siyasətçiyə gecəni xəstəxanada qalmağı məsləhət görüblər.
“Sədrimiz Ankara Xəstəxanasındadır. Şükürlər olsun ki, aparılan müayinələr nəticəsində onun ürəyində heç bir problem aşkarlanmadı. Sabah Meral Akşenerin evə buraxılması planlaşdırılır”, – deyə Hürşad Zorlu vurğulayıb.