MAR-da hökumət ordusu ilə silahlılar arasında toqquşma

MAR-da hökumət ordusu ilə silahlılar arasında toqquşma

Mərkəzi Afrika Respublikasının cənubundakı Nqakobo şəhərində hökumət ordusu ilə silahlılar arasında şiddətli toqquşma olub.

AzerTimes xəbər verir ki, hökumət əleyhinə fəaliyyət göstərən “Dəyişiklik naminə vətənpərvərlər koalisiyası”nın silahlıları Nqakobo şəhərinə hücum ediblər, lakin şiddətli döyüşdən sonra geri çəkilmək məcburiyyətində qalıblar.

Hökumət qüvvələri hazırda Nqakoboya tam nəzarət edir.

Teqlər: