Evində ölü tapılan aktyor məşhur nəsildən imiş

Evində ölü tapılan aktyor məşhur nəsildən imiş

Tanınmış aktyor Sadiq Əhmədovun vəfatı ilə bağlı bəzi təfərrüat aydınlaşıb.

AzerTimes-a daxil olan məlumatda bildirilir ki, 62 yaşlı aktyor heç vaxt ailə qurmayıb və tək yaşayırmış. O, məşhur Vəkilovlar nəslindəndir və Bakıda qohum-əqrabası var, qardaşı isə yüksək vəzifədə çalışır.

Onunla əlaqə iki gün öncə kəsilib. Doğmalarının zənglərinə cavab vermədiyi üçün evinə gediblər və artıq aktyorun bir sutkadır ölmüş olduğu üzə çıxıb.

Qeyd edək ki, Sadıq Əhmədov 5 fevral 1960-cı ildə anadan olub. 1978-1982-ci illərdə İncəsənət İnstitutunda görkəmli sənətkar Mehdi Məmmədovun kursunda təhsil alıb. Hərbi xidmətdən sonra – 1984-cü ildə Rus Dram Teatrında, sonra isə APOPOS Teatrında, 2000-2012-ci illərdə isə Rüstəm İbrahimbəyovun İbrus Teatrında aktyor kimi fəaliyyət göstərib.

İbrus Teatrında “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda maraqlı obrazlar yaradıb.

S.Əhmədov “Dronqo” (serial, 2002), “Əlvida, cənub şəhəri” (2006), “Cavid ömrü” (2007), “Qafqaz” (2007), “Məhkumlar” (2007), “Səhərə inan…” (2011), “Dolu” (2012), “Hakim” (ORT, Rusiya) kimi filmlərdə də yaddaqalan obrazlar yaradıb.

Teqlər: