Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi
prosesdə hakim bildirib ki, ötən prosesdə zərərçəkmiş və
təqsirləndirilən şəxs arasında mübahisə baş verdiyindən proses
təxirə salınıb. O məhkəmə iştirakçılarına bildirib ki, prosesdə
iştirak edən şəxslər etik normalara riayət etməlidirlər.
Prosesdə ifadə verən zərərçəkmiş Rasim Bayramov bildirib ki,
lombarda qoyduğu qızılların qiyməti 850 min manatlıq dəyəri var: “Maqsud həmin malları banka qoyub pul götürüb. 2 aysan çoxdur ki,
gəlib-gedirəm, nəticə yoxdur. Mənim malımı bankdan götürsün
qaytarsın”.
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.