MAQATE Zaporojye AES-dən hesabat hazırladı

MAQATE Zaporojye AES-dən hesabat hazırladı

Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına səfəri ilə əlaqədar hesabat hazırlayıb.

AzerTimes xəbər verir ki, agentlik nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması üzrə təcili məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edib.

“Stansiyada vəziyyət elədir ki, hərbi əməliyyatlar nəticəsində dəyən ziyan nəticəsində baş verə biləcək nüvə qəzasının qarşısının alınması üçün təcili müvəqqəti tədbirlərə ehtiyac var. Qəzanın qarşısını təcili olaraq nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması ilə almaq olar”, – sənəddə qeyd olunub.

Teqlər: