MAQATE rəhbəri Soçiyə gəldi, Balitsk görüşdən imtina etdi

MAQATE rəhbəri Soçiyə gəldi, Balitsk görüşdən imtina etdi

MAQATE-nin baş direktoru Rafael Qrossi ötən gün xşam saatlarında Soçiyə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib ki, Qrossi martın 5-də Soçiyə uçacaq və onun Zaporojye AES-ə dair Rusiya nümayəndə heyəti ilə görüşü planlaşdırılır.

Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski isə Soçidə MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşmək niyyətində olmadığını bildirib.

Teqlər: