Noyer mövsümü başa vurdu

Noyer mövsümü başa vurdu

“Bavariya F.K.”nun qapıçısı Manuel Noyer mövsümü başa vurub.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə, Ronaldonun 109-cu dəqiqədə vurduğu üçüncü qoldan sonra Noyer ayağından ağır zədə almışdı.

Münhenə qayıtdıqdan sonra tibbi müayinədən keçən təcrübəli qolkiperin sol ayağında sınıq aşkarlanıb.

Bu gün Münxendə həkimlərin dərin müayinəsindən sonra onun 8 həftə oynaya bilməyəcəyi açıqlanıb.

Məlumatı klubun direktoru Karl Haynse Rummenigge verib.