“Mançester Yunayted” Fernandeşlə müqaviləni uzatmaq barədə danışıqlar aparır

İngiltərənin “Mançester Yunayted” futbol klubu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeşlə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin jurnalisti Nikolo Şira öz “Twitter” səhifəsində yazıb.

Klubun futbolçuya 2026-cı ilə qədər müqavilə təklif edəcəyi bildirilir.

Fernandesin 26 yaşı var və 2020-ci ilin yanvarından “Mançester Yunayted”də oynayır. İdmançı ingilis klubunda 75 oyun keçirib, 41 qol vurub və 25 faydalı ötürmə edib.

Portuqaliya milli komandasının heyətində Fernandesş 33 oyun keçirib, 4 qol vurub və 5 faydalı ötürmə edib. Futbolçu 2019-cu ildə milli komanda ilə Millətlər Liqasının qalibi olub.

Teqlər: