“Mançester Yunayted” 12 saat ərzində Ronaldonun köynəyinin satışından 45 milyon dollar qazanıb

İngiltərənin “Mançester Yunayted” klubu 12 saat ərzində Kriştiano Ronaldonun köynəyinin satışından 45 milyon dollar qazanıb.

AzerTimes-ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, məbləğin əsas hissəsini klubun texniki sponsoru, 10 faizini isə klub alacaq.

Xatırladaq ki, “Mançester Yunayted” K.Ronaldonun kluba dönməsini avqustun 27-si elan edib. KİV-lərin məlumatına əsasən, transferin qiyməti 20 milyon avro təşkil edib.