“Mançester Siti” səkkizqat İngiltərə çempionu olub

“Mançester Siti” futbol klubu İngiltərə Premyer Liqasının 38-ci
turu çərçivəsində “Aston Villa”nı 3:2 hesabı ilə məğlub edərək
turnirin qalibi olub.

AzerTimes-ın məlumatına görə, görüş Mançesterdə keçirilib.

“Mançester Siti”nin heyətində qollar İlkay Gündoğan (76 və 81-ci
dəqiqə) və Rodri (78) vurub. “Aston Villa” heyətində Metti Keş (37)
və Felipe Koutinyo (69) fərqləniblər.

“Mançester Siti” 93 xal toplayaraq səkkizinci dəfə İngiltərə
çempionu oldu.

Teqlər: