Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib (FOTO)

Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu)
sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana
rəsmi səfərə gəlib.

AzerTimes xəbər verir
ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin
müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr
üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər
qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratasın
dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Teqlər: