Manat bu valyutalara qarşı bahalaşıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2020-ci ildə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına deyilir.

Xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunub.


İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6991, orta satış məzənnəsi isə 1.7025 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.009 manat və satış məzənnəsi arasında fərq isə 0.0025 manat olub.

İl ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi türk lirəsinə, qazax tengesinə, rus rubluna, ukrayna qrivnasına və gürcü larisinə qarşı yüksəlmişdir. Manat bu dövrdə avroya, isveçrə frankına, və yapon yeninə qarşı ucuzlaşıb.

Teqlər: