Malinin mərkəzində silahlılar 30 nəfəri öldürdü

Malinin mərkəzində silahlılar 30 nəfəri öldürdü

Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb.

AzerTimes xəbər verir ki, bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib.

“Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib”, – o bildirib.

M.Qindo vurğulayıb ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil.

Teqlər: