Malidə BMT sülhməramlısı həlak olub

Malidə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 BMT sülhməramlısı həlak olub, 3-ü isə yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə BMT baş katibinin Malidəki xüsusi nümayəndəsi Əl-Qassim Vane özünün “Twitter” səhifəsində yazıb.

Nümayəndə əlavə edib ki, insident Malinin şimal-şərqindəki Tesalit şəhərində baş verib.

Həlak olan sülhməramlının kimliyi barədə məlumat verilməyib.