Malayziyada son 100 ilin ən güclü yağışları müşahidə olunur, qurbanların sayı artır

Malayziyanın qərbində şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 15-ə yüksəlib, təxminən 67 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, ən çox insan tələfatı və dağıntılar Selangor ştatında, ölümlə nəticələnən ciddi dağıntılar Pahang əyalətində də qeydə alınıb.

Malayziyanın baş naziri İsmayıl Sabri Yakob daşqınlar nəticəsində dağılan infrastrukturun və yaşayış evlərinin bərpası üçün 100 milyon ringgit (23,6 milyon dollar) ayrıldığını açıqlayıb. O, həmçinin bildirib ki, təbii fəlakətdən zərər çəkmiş hər bir ailə təzminat alacaq.

Yerli meteoroloqlar hesab edir ki, Malayziyanın qərbində bir həftəyə yaxın yağan yağışlar son 100 ildə müşahidə olunun ən güclü yağıntılardır.

Teqlər: