Malayziya – Tailand sərhədində partlayış: ölənlər var

Malayziya – Tailand sərhədində partlayış: ölənlər var

Tailandın Malayziya ilə sərhəd ərazisində güclü partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Malayziya polisi məlumat yayıb.

Bildirilib ki, hadisə Sonqkxla bölgəsində işçilər dəmiryol relsini təmir edən zaman qeydə alınıb. Partlayış nəticəsində 3 nəfər həlak olub, 4-ü xəsarət alıb.

Ərazidə hər hansı partlayıcı qurğu aşkar edilməyib, araşdırma aparılır.

Teqlər: