Malayziya kralı və kraliçası koronavirusa yoluxub

Malayziya kralı Abdulla əl-Mustafa və kraliça Tunku Əzizə
koronavirusa yoluxub.

Trend-in
məlumatına görə, bunu kral sarayının nümayəndəsi bildirib.

Qeyd olunur ki, onlar xəstəliyi yüngül formada keçirir. Hazırda
kral ailəsi karantinə yerləşdirilib.

Bugünədək Malayziyada koronavirusa yoluxanların sayı 4,3 milyon
nəfəri ötüb, ölənlərin sayı isə 35 min nəfərə çatıb.