Makronun NATO planı: Uolles baş katib olmasın…

Makronun NATO planı: Uolles baş katib olmasın…

Britaniya Avropa Birliyindən çıxdığı üçün Fransa bu ölkənin müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi postunu tutmasına qarşıdır.

AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri yazıb.

Nəşrin məlumatına görə, fransız məmurlar NATO-dan olan həmkarlarına bildiriblər ki, bu postda AB-dən olan namizədi görmək istəyirlər:

“Bu addım Fransanın bloku hərbi cəhətdən daha müstəqil və təhlükəsizlik baxımından Vaşinqtondan daha az asılı vəziyyətə salmaq səylərinin bir hissəsidir”.

Mənbə nəşrə bildirib ki, Uolles AB üzvü olan ölkədən deyil və bir çox ölkə, əsasən də Fransa növbəti baş katibin AB üzvü olan ölkədən olmasını istəyir.

Makronun bu qərarını Almaniya və NATO üzvü olan 22 AB ölkəsi dəstəkləyir. Niderland və Polşa Uollesi dəstəkləyir.

Qeyd edək ki, Ben Uolles NATO baş katibliyinə potensial namizəd hesab olunur.

Teqlər: