Makronun Bakıya təzyiq cəhdi və marionet Nikol… – Arkov

Makronun Bakıya təzyiq cəhdi və marionet Nikol… – Arkov

Rəsmi İrəvanın Moskvanı Bakı ilə danışıqlar prosesindən çıxarmaq istəyi getdikcə daha çox artır. Ermənistan Kremli Brüssellə əvəz etməyə cəhd edir. Əsasən də Parislə. Çünki Fransa bu gün kollektiv Qərb adından Ermənistanın “kuratoru”dur. Lakin burada birbaşa fransız maraqları üstünlük təşkil edir.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın tanınmış politoloqu Vitali Arkov deyib.

“Birincisi, Yelisey sarayı Rusiya maraqları zonasında fəaliyyətini artırıb, böyük ehtiyatları ilə dünya güclərinin diqqətini çəkən Mali və Mərkəzi Afrika Respublikası üzərində nəzarət uğrunda qarşıdurmada məğlubiyyətinin qisasını almağa çalışır.

İkincisi, Paris Ankara və Bakıda ciddi təsir gücünə malik Londonla ayaqlaşmağa, həmçinin Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Fransa on ildən artıqdır ki, Ermənistanla əlaqə qurur, lakin indi bunu sürətləndirmək qərarına gəlib. Paris səhvən Moskvanın Ukraynada “bataqlığa düşdüyünə” və sanksiyalardan zəiflədiyinə inanır. İranın isə uzunmüddətli sanksiyalarla yanaşı, həm də ciddi daxili siyasi böhran yaşadığını görür. Fransa hesab edir ki, bu amillərə görə Ermənistanı nəhayət ələ keçirə bilər.

Ola bilsin ki, çox da uzaqgörən olmayan Makron buna tamamilə marionet və komik Paşinyan tərəfindən inandırılıb. Makron üçün bu daha da pisdir, çünki Nikolun Ermənistanın Baş naziri olduğu günlərin sonuna az qalıb. Fransanın maraqlarını güdənlər Cənubi Qafqazdakı səs-küylü layihənin qaçılmaz uğursuzluğunun hesabını Emmanueldən soruşacaqlar. Bəlkə də müqəddəs Yelena adanıza getməyin vaxtı gəlib.

Parisin İrəvan istiqamətində, həm də Bakıda və Ankarada aktivləşməsi heç də xoş deyil. Bakı Üçtərəfli Bəyanat imzalanandan sonra Parisin İrəvanı Qarabağ müharibəsini davam etdirməyə və əvvəllər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına nəzarəti bərpa etməyə çağırdığını çox yaxşı xatırlayır. Hətta Fransa tamamilə əsassız olaraq (qərarlarında müstəqil olan Azərbaycana siyasi təzyiq məqsədilə) Bakını guya demokratik azadlıqları pozmaqda, müxalifləri təqib etməkdə ittiham edib, sanksiya tətbiqini tələb etdi”, – o bildirib.

Arkov qeyd edib ki, Paşinyan dövründə suverenlik və sağlam düşüncə qalıqlarını itirən Ermənistan göz qabağında Fransanın yeni müstəmləkəsinə çevrilir:

“Eyni zamanda, İrəvan Azərbaycana, Rusiyaya, Türkiyəyə və İrana təzyiq alətidir. Bu baxımdan KTMT, Aİİ və MDB çərçivəsində parlamentlərarası dialoqun rolu artır. Yeri gəlmişkən, sonuncu format İrəvanla Bakı arasında xalq diplomatiyasının imkanlarından istifadə edərək parlamentlər səviyyəsində dinc dialoqa başlamağa imkan verir. Rusiya Dövlət Dumasının deputatları və Federasiya Şurasının senatorlarının təmsil olunduğu Moskva, şübhəsiz ki, bu təşəbbüsü dəstəkləyəcək. İndi gördüyümüz kimi, iki qonşu xalq arasında konstruktiv dialoq üçün platforma təmin edəcək. Qərb ağalarının maraqları naminə Paşinyan bunu da əngəlləməyə çalışır”.

Teqlər: