Makronu qatı ermənipərəst əvəzləyə bilər

Makronu qatı ermənipərəst əvəzləyə bilər

Fransanın ultrasağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen İsraili dəstəkləyib. Səbəb isə onun sağçı olmasıdır, Fransada solçular Fələstini dəstəkləyir. Sağçı seçicilər isə müsəlman miqrantları sevmirlər.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Yəhudi icmaları ilə dostluq Le Peni neofaşizm ittihamlarından təmizləyə və beləliklə, onun növbəti seçkidə Fransa Prezidenti olmasına yol aça bilər”, – o bildirib.

Qeyd edək ki, Le Pen “Qarabağ münaqişəsinin ən yaxşı həlli onun Ermənistana birləşdirilməsidir” kimi ermənipərəst mövqeli çıxışı ilə yadda qalıb.

Teqlər: