Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir
Putin arasında telefon danışığı baş tutub.
AzerTimes-ın məlumatına görə, bu barədə “BFM” telekanalı xəbər
yayıb.
Məlumata əsasən, Ukraynadakı vəziyyətin müzakirə edildiyi
telefon danışığı təxminən 1 saat 45 dəqiqə davam edib.
Qeyd edilir ki, bu, son 10 gün ərzində V.Putin və E.Makron
arasında baş tutan artıq dördüncü telefon danışığıdır.