Fransa Prezidenti Emmanuel Makronla azərbaycanlı həmkarı İlham Əliyev arasında Moldovanın paytaxtı Kişinyovda görüş olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Makron Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda yer alıb.
“Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq”, – məktubda qeyd olunub.