Rusiya şəhərinin ən ağır günü: zərbələr endirilir – Video

Rusiya şəhərinin ən ağır günü: zərbələr endirilir – Video

Gün ərzində Ukrayna ilə sərhəddə yerləşən Rusiyanın Belqorod vilayətinin Şebekino şəhəri ağır zərbələrə məruz qalıb və zərbələrdən sonra başlayan yanğınlar hələ də davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin quvernatoru Vyaçeslav Qladkov deyib.

O bildirib ki, bu, Şebeninsk rayonunda ən ağır gündür:

“Bir nəfər həlak olub, o, şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin mühafizəçisidir, bombardman zamanı küçədə olub. Yaralılar arasında iki yeniyetmə də var – 15 və 17 yaşlarında”.

Qubernator qeyd edib ki, gün ərzində şəhər ağır raket zərbələrinə məruz qalıb:

“Raket hücumları nəticəsində 6 yaşayış binasının pəncərələri sınıb, fasadları zədələnib. Fərdi yaşayış sektorunda hasarlar və fasadlar zədələnib, pəncərələr sınıb, 3 evdə istixanalar dağııb. Mərminin düşməsi nəticəsində qaraj və avtomobil yanıb.

Həmçinin şəhərdə elektrik xətti zədələnib”.

Qeyd edək ki, daha öncə Belqorod vilayətinin Şebekino şəhərində partlayış səsləri eşidilib. Sakinlərdən sığınacağa getmələri xahiş olunub.

Teqlər: