Makrondan Putinin “referendum”larına reaksiya

Makrondan Putinin “referendum”larına reaksiya

Mən Rusiyanın Ukraynanın vilayətlərini – Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaqını qətiyyətlə pisləyirəm.

AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Bu, beynəlxalq hüququn, eləcə də Ukraynanın suverenliyinin ciddi şəkildə pozulmasıdır”, – Makron vurğulayıb.

Makron bildirib ki, Fransa Rusiyaya qarşı mübarizədə və bütün ərazilər üzərində tam suverenliyin bərpasına kömək etməkdə Ukraynanın tərəfində olacaq.

Teqlər: