Makron və Putin Donbassda atəşkəslə bağlı işçi qrupunun çağırılması barədə razılığa gəliblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron
yaxın saatlarda işçi qrupun görüşünün təşkili barədə razılığa
gəliblər. Onun əsas vəzifəsi Donbassda təmas xəttində atəşkəs üçün
şərait yaratmaq olacaq.

AzerTimes-ın məlumatıa
görə, bu barədə “Reuters” agentliyi Yelisey sarayına istinadən
bildirib.

Bildirilib ki, bundan əlavə Rusiya və Fransa xarici işlər
nazirləri yaxın günlərdə Avropada təhlükəsizlik məsələləri üzrə
sammitin təşkilini müzakirə edəcəklər.


Daha əvvəl yayılan məlumata görə, iki dövlət başçısı arasında
söhbət 1 saat 45 dəqiqə davam edib. Bundan sonra E.Makron Ukrayna
prezidenti Vladimir Zelenski ilə də yarım saatlıq söhbət edib.

Teqlər: