İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Lids”i məğlub edib

“Mançester Yunayted” futbol klubu İngiltərə çempionatının
oyununda “Lids” komandasını məğlub edib.

AzerTimes-ın
məlumatına görə, Lids şəhərində keçirilən görüş 4:2 hesabı ilə başa
çatıb.

“Mançester Yunayted”in heyətində qolları Qarri Maquayr (34-cü
dəqiqə), Bruno Fernandeş (45+5), Fred (70) və Entoni Elanqa (89)
vurublar. “Lids”in heyətində Rodriq (53) və Rafinya (54)
fərqləniblər.


“Mançester Yunayted” 26 oyundan 46 xalla turnir cədvəlinin
dördüncü pilləsində qərarlaşıb.

Teqlər: